Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

Hollandiyanın “Tvente” klubu bir illik fasilədən sonra yenidən Erediviziyaya vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, bu mövsümü birinci divizionda keçirmək məcburiyyətində qalan Enshede təmsilçisi artıq sözügedən çempionatda çempionluğu təmin edib. Ötən gün 36-cı tur çərçivəsində doğma meydanda “Alkmaar”ın gənclərdən ibarət komandası ilə qolsuz heç-heçəyə razılaşan “Tvente”nin əsas izləyicisi “Sparta” da PSV-nin gənlərinə uduzub – 0:2. Beləliklə, sona iki tur qalmış 68 xala malik “Sparta”nın 76 xalı olan lideri qabaqlaması mümkünsüzə çevrilib.

“Tvente” 2009/10 mövsümündə Hollandiya çempionu olub. Həmin vaxt komandada Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov da yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button