Van Persi baş məşqçiliyə başladı – Rəsmi

“Arsenal”ın və “Mançester Yunayted”in keçmiş hücumçusu Robin van Persi ilk baş məşqçi işinə başlayıb.

Komanda.az xəbər verir ki, Erediviziya klubu “Herenven” Niderland millisinin sabiq forvardı ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.

Van Persi 2020-ci ildən “Feyenoord”da köməkçi məşqçi kimi çalışsa da, bu yaxınlarda müstəqil karyeraya başlamaq qərarına gəlib.

Van Persi futbolçu karyerası ərzində İngiltərə çempionatının qalibi olub, həmçinin, dünya çempionatının bürünc və gümüş mükafatçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button