“Valensiya”da oynamaq, “Barselona”da ehtiyatda qalmaqdan yaxşıdır”

Bir müddət əvvəl “Barselona”dan ayrılaraq “Valensiya”ya transfer olunan Yasper Sillessen açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, holland qapıçı, Kataloniya klubundan ayrılmağının səbəbini açıqlayıb:

“Valensiya” böyük tarixə malik klubdur. Burda toplanmış böyük komanda mənim üçün ən yaxşı seçim oldu. Buna görə də, burdayam. Karyeramda ən vacib məsələ daimi oyun təcrübəsinə sahib olmağımdır. Burda mənim belə şansım var.

“Barselona”ya gedəndə, Mark-Andre Ter Ştegen yüksək səviyyədə deyildi. Üç il sonra o, dünyanın ən yaxşı qapıçılarından biri oldu. Düşünürəm ki, ikimiz də inkişaf etmişdik, amma mənim komandanı tərk etməyimin vaxtı idi. Nə klubla, nə də komandadakı kimsəylə problemim vardı. Mənim üçün önəmli olan oynamaqdır. Bu, hazırda burda olmağımın əsas səbəbidir. Mənim üçün “Valensiya”ya transfer olunmağım geriyə addım deyil. “Valensiya”da oynamaq, “Barselona”da ehtiyatda qalmaqdan yaxşıdır”.