“Ümid edirəm ki, o, “Bayern” üçün çoxlu qollar vurar”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix niderlandlı müdafiəçi Matteys de Liqtin Münhen klubuna transferinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, Kimmix sosial şəbəkə hesabında bunları yazıb:

“Matteys 19 yaşında “Ayaks”ın kapitanı olub. Sadəcə sarğı vermirlər, o, davranışı ilə buna layiq idi. Ümid edirəm ki, o, “Bayern” üçün çoxlu qollar vurar. Müdafiədə belə bir futbolçunun olması gözəldir”.

“Bayern” de Liqti “Yuventus”dan 67 milyon avroya alıb. Onunla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button