Poçettino Hounun “Çelsi”də onu əvəzləməsi ehtimalından danışdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Nyukasl”ın çalışdırıcısı Eddi Hounun London klubunda onun əvəzləyicisi ola biləcəyi ehtimalı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:

“Ümid edirəm ki, “Çelsi” azarkeşləri bir gün “Nyukasl” azarkeşlərinin Hounu dəstəklədiyi kimi məni də dəstəkləyəcəklər. Mən indi burada olduğum üçün bunu deyirəm. “Çelsi”nin baş məşqçisiyəm və qələbə qazanmaq istəyirəm”.

Poçettino ötən ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə təyin olunub.

İngiltərə çempionatının 26 turundan sonra “zadəganlar” 36 xal toplayıb və hazırda 11-ci yerdədirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button