“Barselona”nın sabiq futbolçusu “Şaxtyor”da

Ukraynanın “Şaxtyor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Donetsk təmsilçisi İtaliya “Sassuolo”sundan Marlonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.

2016-cı ildə Braziliyanın “Fluminense” klubundan beş milyon avroya “Barselona”ya keçən Marlon Kataloniya təmsilçisinin əsas komandası ilə üç oyuna çıxıb. Müdafiəçi 2018-ci ildə “Barselona”dan “Sassuolo”ya transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button