“Mançester Siti”nin futbolçusu üçün növbəti təklif

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko Premyer Liqada klubunu dəyişə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Vulverhempton” ukraynalı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, klub yanvar ayında “şəhərlilər”ə rəsmi təklif göndərəcək. “Vulverhempton” daha əvvəl də Zinçenkonu heyətinə qatmaq istəmiş, amma uğursuz olmuşdu. “Mançester Siti”nin heyətində kifayət qədər şans qazanmayan futbolçunun bu təklifi müsbət qarşılayacağı bildirilir.

2016-cı ildən “Mançester Siti”də oynayan 23 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button