Ukrayna mətbuatı Vernidubun “Neftçi”dəki qazancından yazdı

Ukraynada Yuri Vernidubun “Neftçi”nin baş məşqçisi kimi qazanacağı maaş açıqlanıb.

Komanda.az xəbər verir ki, ukraynalı insayder İqor Burbasın sözlərinə görə, tezliklə müqavilə imzalayacağı gözlənilən Vernidub Bakı klubunda ayda 50.000 dollar (85.000 manat) qazanacaq. 

Vernidub altı aylıq sınaq müqaviləsi imzalamaq istəsə də, tərəflər sonda 1,5 illik müqavilə bağlamaq barədə razılığa gəliblər.

59 yaşlı mütəxəssis karyerası ərzində “Zorya”, “Şaxtyor”(Soliqrosk), “Şerif”, “Krivbass” komandalarını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button