
Ukrayna millisinin yeni baş məşqçisi məlum oldu – Rəsmi
Ukrayna Futbol Assosiasiyası italiyalı məşqçi Andrea Malderanın təyinatını elan edib.
Komanda.az xəbər verir ki, 55 yaşlı məşqçi ölkənin milli komandasına rəhbərlik edəcək. O, Ukrayna milli komandasına rəhbərlik edən ilk əcnəbidir.
Maldera iki illik müqavilə imzalayıb və müqavilənin uzadılması mümkündür. Bu, onun ilk müstəqil məşqçilik təcrübəsi olacaq. Malderanın son klubu “Marsel” olub və o, həmyerlisi Roberto De Zerbinin məşqçilər heyətində yer alıb. O, həmçinin, De Zerbi ilə birlikdə “Brayton”da da çalışıb.
İtaliyalı mütəxəssis, bundan başqa, “Milan”da Massimiliano Alleqrinin məşqçilər heyətində də olub. O, 2016-cı ildən 2021-ci ilə qədər Ukrayna millisində keçmiş baş məşqçi Andrey Şevçenkonun heyətində yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



