Şevçenko mükafatlandırıldı

Ukrayna milli komandasının sabiq baş məşqçisi Andrey Şevçenko mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 45 yaşlı mütəxəssisə ölkənin beynəlxalq nüfuzunun qaldırılmasına görə verilən 5-ci dərəcəli “Yaroslav Mudrı” ordenini təqdim edib.

Şevçenko 2016-2021-ci illərdə Ukrayna yığmasında baş məşqçilik edib. O, avqustun əvvəlində millidəki işindən ayrılıb.

Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button