Ukrayna klubunda 4 nəfər koronavirusa yoluxdu

Ukraynanın “Rux” klubunda 4 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, yoluxanlardan 3-ü futbolçu, 1-i klub işçisidir.

Bildirilir ki, virusa yoluxan futbolçulardan 2-si müdafiəçi, 1-i isə yarımmüdafiəçidir. Komandada daha bir neçə nəfərin vəziyyətinin şübhəli olduğu deyilir. Karantinə alınan xəstələr yaxın günlərdə növbəti dəfə testdən keçiriləcək.

Bununla bağlı yerli assosiasiyanın tibbi və idman komitəsinə, həmçinin Peşəkar Futbol Liqasına məlumat verən Lvov təmsilçisi iyunun 24-nə nəzərdə tutulan XX turun “Aqrobiznes”lə ev oyununun təxirə salınmasını xahiş edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button