“Siz onları İngiltərə ilə müqayisə edə bilməzsiz” – Eriksson

İsveçli mütəxəssis Sven-Yoran Eriksson Uels yığmasının DÇ-2022-dəki çıxışını qiymətləndirib.

Komanda.az “midnite.com”-a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş baş məşqçisi Uels yığmasının oyunu haqda bunları deyib:

“Uels kiçik bir ölkədir. Siz onları İngiltərə ilə müqayisə edə bilməzsiz. Lakin matçda onlar ingilislərin işini çətinləşdirə bilər. Bunun baş verə biləcəyini isə düşünmürəm”.

Eriksson İngiltərənin heyəti barədə də fikir bildirib:

“Uels Aron Remzi və Qaret Beyldən çox asılıdır. İngiltərə millisi isə daha yaxşı oyunçulara malikdir. Beyl tam gücü ilə oynamasa, Uels üçün çətin olacaq. Beylin start heyətdə meydanda olacağına əmin deyiləm. İngiltərənin gücü sadəcə fantastikdir”.

DÇ-2022-nin qrup mərhələsi çərçivəsində noyabrın 25-də İngiltərə ABŞ-la, Uels isə İranla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button