AÇ-2020: “Azarkeşlərimiz belə nəticəyə layiq deyildilər”

Uels milli komandasının baş məşqçisi Robert Peyc AÇ-2020-nin 1/8 final mərhələsində Danimarkaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Peyc, 0:4 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Hamımız məyus və kədərliyik. Azarkeşlərimiz belə nəticəyə layiq deyildilər. Möhtəşəm bir turnir keçirdik. İkinci qol oyunun gedişatını dəyişdi. Rəqib ikinci hissənin əvvəlində fərqi artırmağı bacardı və psixoloji üstünlük qazandı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button