UEFA “Qarabağ”ı cərimələdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Komanda.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də “Dalğa Arena”da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Dandalk” klubunu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.

Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə “Qarabağ”a 20 min avro (38 min manat) məbləğində cərimə verib (Report).

Hazırda mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Linfild”ə (Şimali İrlandiya) 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button