UEFA “Qarabağ”ı 5 min avro cərimələyib

UEFA “Qarabağ”ı 5000 min avro məbləğində cərimələyib.

Komanda.az xəbər verir ki, Gənclər Liqasının “Çelsi” ilə Bakıda keçirilən matçında bir azarkeş London təmsilçisinin futbolçusuna qarşı irqçilik edib. Bu barədə BBC məlumat yayıb.

Ağdam təmsilçisinə həmçinin, turnirdəki bir ev oyununu azarkeşsiz keçirmək cəzası verilib. Amma bu cəza şərtidir və sınaq müddəti 1 ildir.

“Çelsi”nin 17 yaşlı hücumçusu Sol Qordon “Azersun Arena”da baş tutan oyunun 57-ci dəqiqədə hesabı açıb və qolu az sayda azarkeşin toplandığı sektora yaxın ərazidə qeyd edib. Bundan sonra həmin azarkeşlərdən bəziləri futbolçularla üz-üzə gəlmək üçün aşağıya doğru qaçıblar. Hadisə şahidləri fanatların meymun jestləri etdiyini deyiblər. Bu zaman oyun bir neçə dəqiqəlik dayandırılıb. Futbolçular ukraynalı hakim Dmitro Kubryaka şikayət ediblər. Baş məşqçi Kulum Makfarlayn da daxil olmaqla, məşqçilər heyəti müzakirələrə qatılıb. “Çelsi” rəsmiləri matçdan sonra məsələni UEFA-nın diqqətinə çatdırıb.

Qarşılaşma İngiltərə klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button