UEFA “Qarabağ” – “Ayntraxt” matçının təxmini start heyətlərinı açıqladı

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 7-ci turunda “Qarabağ” və “Ayntraxt” (Frankfurt) komandalarının mümkün start heyətlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, UEFA-nın ehtimalına görə, Ağdam təmsilçisi matça bu heyətlə çıxacaq: 

Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Abdullah Zubir, Coni Montiel və Kamilo Duran.

“Ayntraxt”ın gözlənilən start heyəti isə belədir:

Kaua Santos, Nnamdi Kollinz, Robin Kox, Artut Teate, Nataniel Braun, Ellies Şkiri, Mahmud Dahud, Ritsu Doan, Can Uzun, Fares Şaybi və Ansgar Knauff.

Frankfurt klubuna “Qarabağ”la görüşdə Conatan Burxardt, Timoti Çendler və Elias Baum kömək edə bilməyəcək. Rasmus Kristensen, Huqo Larsson və Mario Getsenin isə oynaması sual altındadır. 

“Qarabağ”ın iki oyunçusu – Kevin Medina və Mateus Silva bu oyunda sarı vərəqə alsalar, “Liverpul”a qarşı son turdakı görüşü buraxacaqlar.

“Qarabağ” – “Ayntraxt” oyunu bu gün keçiriləcək və matça saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button