“Avrokuboklarda mövsümü başa çatdırmaq üçün planımız var” – Çeferin

UEFA-nın prezidenti Aleksander Çeferin “bein Sports”a açıqlama verib.

Komanda.az xəbər verir ki, sloveniyalı funksioner, avrokuboklarda mövsümün bərpası haqda danışıb:

“Avrokuboklarda mövsümü başa çatdırmaq üçün planımız var. Ölkələrin əksəriyyətində liqalar davam etdiriləcək. Bir ölkə liqaları davam etdirmək istəmirsə, bu, onların öz qərarlarıdır. Yeni mövsümdə avrokuboklarda mübarizə aparmaq istəyənlər turnirin seçmə mərhələsində oynamalı olacaqlar”.

Koronavirusa görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının avqustun əvvəlində bərpa olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button