UEFA-dan azarkeşlər üçün “yaşıl işıq”

İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasında keçiriləcək UEFA superkuboku matçında azarkeşlər də olacaq.

Komanda.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, fanatlar stadionu tutumunun 30 faizinə qədər doldura biləcəklər.

Qeyd edək ki, oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasındakı həlledici matçda İtaliya “İnter”indən güclü olub – 3:2.

Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkədə futbol oyunları azarkeşsiz keçirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button