“Neftçi” və “Dinamo”nun prezidentləri görüşdü

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün üz-üzə gələcək “Neftçi” və Gürcüstanın “Dinamo” (Tbilisi) klublarının rəhbərliyi arasında rəsmi görüş olub.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Görüşdə “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov, Tbilisi təmsilçisinin rəhbəri Roman Pipiya və digər rəsmilər iştirak ediblər.

Bu gün keçiriləcək “Neftçi” – “Dinamo” matçı saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda “Neftçi” 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button