Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Ruben Dias, Riyad Mahrez, “Çelsi”dən Nqolo Kante və Kay Haverts namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button