Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bu ada “”Liverpul”dan (İngiltərə) Alisson Bekker, “Ayaks”dan (Niderland) Deyli Blind, “Sportinq”dən (Portuqaliya) Sebastyan Koates və “Zalsburq”dan (Avstriya) Noa Okafor namizəd olub.

Qalib, UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.