UEFA Belarus klubunun evdə oynamasına icazə vermədi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” (Brest) və Çexiyanın “Viktoriya” (Plzen) klubları arasında keçiriləcək ilk oyunun məkanı dəyişdirilib.

Komanda.az xəbər verir ki, Belarusda keçirilməli olan qarşılaşma Gürcüstanda baş tutacaq.

Bu barədə Brest təmsilçisinin rəsmi saytı məlumat yayıb. İyulun 28-nə nəzərdə tutulan qarşılaşma Batumi şəhərində oynanılacaq. Buna UEFA-nın Belarusda öz bayrağı altında oyunların təşkilinə qoyduğu qadağa səbəb göstərilib.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Plzendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button