Tuxel Verneri Lukakuya nümunə göstərdi

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komandanın hücumçularını – Romelu Lukaku ilə Timo Verneri müqayisə edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, Lukakunun Vernerdən nümunə götürməli olduğunu bildirib:

“Lukaku Vernerin etdiyi şeyləri etməlidir: gözləyin, səbirli olun, çox çalışın və komandanı sevin. Komandaya kömək etməyə hazır olmalısız. İndi artıq mənim Verneri meydançaya buraxmamağım çətindir. Mən ona heyran oldum. Verner son iki oyunda çox yaxşı təsir bağışladı. O, nəyə qadir olduğunu göstərdi.

Hamı elə bilir ki, heyəti biz məşqçilər seçirik. Təbii ki, bu, belədir. Amma son nəticədə, məşqçilərin onları start heyətdə meydana buraxmaq şansını yaradan futbolçular özləridir. Onlar bunu məşqdə və ya oyunlarda göstərirlər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button