DÇ-2022: “Çox ağır nəticədir”

Uels yığmasının baş məşqçisi Rob Peyc DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun İngiltərə millisi ilə görüşünü (3:0) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, baş məşqçi nəticənin çox ağır olduğunu deyib:

“Çox ağır nəticədir. Qəbullanmaq çətindir. Futbolçularım bütün güclərini ortaya qoydular. Lakin rəqib qol şanslarından çox yaxşı istifadə etdi”.

Peyc DÇ-2022-ni erkən tərk etdikləri üçün təəssüfləndiyini vurğulayıb:

“Mən neqativ danışmaq istəmirəm. Turniri erkən tərk etdik. Bu səbəbdən təəssüflənirəm”.

Uels millisi 3 oyundan sonra qrupda 1 xalla dördüncü yerdə qərarlaşıb. Nəticədə, onlar növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button