“Turnir cədvəlinə fikir vermirik” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:

“İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə nisbətən daha yaxşı təsir bağışladıq. Təəssüf ki, qələbə qazana bilmədik.

Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı suallar verirsiniz. Heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır? Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button