Türkiyə millisinin üzvü rəsmən “Fənərbaxça”da

“Fənərbaxça” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin və “Sassuolo”nun sağ cinah müdafiəçisi Mərt Müldürü transfer edib.

24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Fənərbaxça” bu transfer üçün “Sassuolo”ya 2,8 milyon avro ödəyib.

“Fənərbaxça” sloveniyalı yarımmüdafiəçisi Miha Zayçla da yeni müqavilə bağlayıb. 29 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

“Fənərbaxça” sol cinah vingeri Dieqo Rossi və hücumçusu Joao Pedro ilə də yollarını ayırıb. Rossi 5,15 milyon avro qarşılığında MLS təmsilçisi “Kolumbus”a satılıb. Pedro isə “Qremio”ya keçib. Braziliya klubu onu satınalma şərti ilə 2024-cü ilin 30 iyununa kimi icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button