Türkiyə klubu Diniyevin transferini açıqladı

Türkiyənin “Ümraniyəspor” klubu Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin transferini rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib. Təcrübəli oyunçunun tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, sonuncu iş yeri “Zirə” olmuş Coşqun Diniyev bir neçə gün öncə “Səbail”lə müqavilə imzalasa da, cəmi 2 gün sonra Türkiyə klubundan gələn təklifə görə həmin sözləşməsini ləğv etdirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button