Türkiyə klubunda baş məşqçi istefası

“Kasımpaşa”nın baş məşqçisi Şenol Can istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv hazırda 15 xalla 19 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Can bu mövsümün əvvəlində, 18 avqustda baş məşqçi postuna gətirilmişdi. Super Liqanın 3-cü turundan sonra istefaya göndərilən Sami Uğurlunu əvəz edən 39 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 14 rəsmi matça çıxarıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button