Türk futbolçu “Real”ın hədəfindədir

“Real” “Yuventus”un vingeri Kənan Yıldızla maraqlanır.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “kral klubu” türk futbolçunun transfer hüququnu gələcək üçün öncədən təmin etməyə çalışır.

Madrid təmsilçisi yay transfer dönəmində keçidin çətin görünməsini nəzərə alaraq, “Yuventus”la Kənanın mümkün transferi üçün prioritet razılaşma əldə etmək niyyətindədir.

21 yaşlı futbolçu cari mövsümdə Turin təmsilçisinin heyətində 46 oyuna çıxıb, 11 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button