DÇ-2026: Tramp final oyununa qədər stadionlarda görünməyəcək

ABŞ Prezidenti Donald Trampın 2026-cı il dünya çempionatının final matçına qədər stadionlara gəlməsi ehtimalı azdır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, 19 iyulda keçiriləcək final istisna olmaqla, Trampın turnirin digər oyunlarında görünməsi gözlənilmir. Onun yalnız ABŞ yığması yarımfinala yüksələrsə, həmin mərhələdə stadionda ola biləcəyi bildirilir.

Prezident hazırda 4 iyul – ABŞ-nin Müstəqillik Günü tədbirləri ilə məşğuldur və dünya çempionatı onun prioritetləri arasında deyil. Bununla belə, o, finalda qalib komandaya kuboku təqdim edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button