“Traktor”un finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İran kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Persepolis”lə “İstiqlal” komandaları qarşılaşıb.

Matçın əsas vaxtında qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Bu üzdən də penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “İstiqlal” finala yüksəlib – 4:1.

Xatırladaq ki, ilk yarımfinal matçında Cənubi Azərbaycan təmsilçisi “Traktor” “Naft MİS” üzərində 1:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, sentyabrın 3-də keçiriləcək həlledici oyunda “Traktor”la “İstiqlal” üz-üzə gələcək. Təbriz və Tehran təmsilçiləri Məşhəd şəhərində münasibətlərinə aydınlıq gətirəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button