“Tottenhem”in zədəliləri qayıtdı

“Tottenhem”in zədəli futbolçuları – Harri Keyn, Davinson Sançes və Yan Vertongen komanda ilə birgə məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu komandanın son məşqində iştirak edib. Keyn, Vertongen və Sançesin zədələri tam sağalmasa da, onlar “Tottenhem”in Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacağı matça qədər hazır olacaq.

“Tottenhem” – “Liverpul” matçı iyunun 1-də, “Vanda Metropolitano” stadionunda keçiriləcək.