“Tottenhem”in futbolçusuna 2 təklif

İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Yan Vertongen bu qış komandadan ayrıla bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər ki, “Napoli” və “Ayaks” 32 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Ayaks”, yetirməsi olan futbolçunu yenidən komandaya gətirmək və müdafiə xəttindəki boşluqları onunla həll etmək niyyətindədir.

Hər iki klub London təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitəcək futbolçunu uyğun məbləğ qarşılığında transfer etmək istəyir. Həm “Napoli”nin, həm də “Ayaks”ın “Tottenhem”lə danışıqlara başlamağa hazır olduğu deyilir.

2012-ci ildə “Ayaks”dan “Tottenhem”ə transfer olunan belçikalı futbolçu, cari mövsümdə iştirak etdiyi 17 oyunda 1 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button