“Tottenhem”in baş məşqçisi: “Bu, əziyyətimizin bəhrəsidir”

“Tottenhem”in baş məşqçisi Nuno Espirito Santo Premyer Liqanın ilk turu çərçivəsində “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Santo, 1:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Möhtəşəm! Çox yaxşı bir gün oldu. Futbolçularımız çox çalışdılar, çox qaçdılar. Daha edəcəyimiz çox şey var. Futbolçularım bu matçda hər şeyi düzgün etdilər. Bu, əziyyətimizin bəhrəsidir.

Azarkeşlər hər şeyi dəyişir. Onların yoxluğu hiss olunur. Oyunlar gözəldir, azarkeşlərlə isə bir başqa gözəldir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button