“Tottenhem”in bu qış üçün əsas hədəfi odur

“Portu”nun hücumçusu Samu Aqehova karyerasını “Tottenhem”də davam etdirə bilər.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, London klubu 21 yaşlı forvardı qış transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.

Aqehova “Tottenhem”in baş məşqçisi Tomas Frankın oyun modelinə ideal uyğun gəlir və hücum xəttini gücləndirmək üçün əsas hədəfdir.

İspaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button