“Tottenhem”in baş məşqçi postuna üç namizəd var

“Tottenhem” mövsümün sonunadək komandaya rəhbərlik edəcək müvəqqəti baş məşqçi tapmağa çalışır.

Komanda.az xəbər verir ki, bu barədə “Sun Sport” məlumat yayıb.

İddiaya görə, londonlular hazırda üç namizədi nəzərdən keçirir: Almaniya və ABŞ yığmalarının sabiq baş məşqçisi Yurgen Klinsmann, klubun keçmiş çalışdırıcısı Harri Rednapp və hazırda “Ferentsvaroş”a rəhbərlik edən Robbi Kin.

“Tottenhem” 2026-cı il dünya çempionatından sonra baş məşqçi postuna Maurisio Poçettinonu qaytarmağa çalışacaq. Argentinalı mütəxəssis 2019-cu ildə “Tottenhem”i UEFA Çempionlar Liqasının finalına çıxarmış, həlledici oyunda “Liverpul”a 0:2 hesabı ilə məğlub olmuşdu.

Paytaxt klubu hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 turdan sonra topladığı 29 xalla 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button