
“Tottenhem” Keynə əvəzləyici tapdı
İngiltərənin “Tottenhem” klubu “Vest Hem”in hücumçusunu heyətinə qatmaq istəyir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi mart ayına qədər zədələnən Harri Keynin boşluğunu “Vest Hem”in futbolçusu Endi Kerrolla doldurmağa hazırlaşır. “Vest Hem”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq ingilis futbolçunun transfer qiyməti 2 milyon funt-sterlinq qiymətləndirilir.
2013-cü ildən “Vest Hem”də çıxış edən 30 yaşlı hücumçu, bu müddət ərzində iştirak etdiyi 99 oyunda 26 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin