Toral Bayramovun durumuna aydınlıq gəldi

Premyer Liqanın 19-cu turunda keçirlimiş “Sabah”la matçın 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmiş “Qarabağ” futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, bu gün aparılmış MRT müayinəsindən sonra futbolçunun əzələ toxumalarında xəsarət aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib. Həkimlər Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək “Zirə” ilə oyuna hazır etməyə çalışacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button