Toral Bayramov: “Qarabağ”ı çempion kimi tərk etmək istəyərdim”

Türkiyənin “Bursaspor” klubuna keçən Toral Bayramov “Qarabağ”la vidalaşıb.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 27 yaşlı sol cinah müdafiəçisi klubdakı hər kəsə təşəkkürünü bildirib:

“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım. Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. “Qarabağ” mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.

Doğma “Qarabağ”ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.

Hər son yeni başlanğıcdır. Görüşənədək, uğurlar, “Qarabağ”! 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button