Tokio-2020: ABŞ millisi bürünc medal qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin bürünc mükafatçısı müəyyənləşib.

Komanda.az xəbər verir ki, 3-cü yer uğrunda matçda ABŞ və Avstraliya milli komandaları üz-üzə gəlib. Görüş amerikalıların 4:3 hesablı qələbəsiylə başa çatıb.

ABŞ Olimpiya Oyunları tarixində 5-ci dəfə mükafatçılar sırasına düşüb. Komanda bundan əvvəl 3 dəfə çempion olub, bir dəfə də 2-ci yeri tutub.

Qadınların futbol yarışlarında final matçı sabah keçiriləcək. Həlledici oyunda İsveç və Kanada yığmaları üz-üzə gələcək.