Tokio-2020: Meksika millisi bürünc medal qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin futbol yarışlarında üçüncü yerin sahibi məlum olub.

Komanda.az xəbər verir ki, bürünc medal uğrunda keçirilən matçda Meksika yığması Yaponiyanı məğlub edib – 3:1.

Meksika millisi daha əvvəl, 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdı.

Tokio-2020-nin kişi futbolçular arasında final matçı Braziliya və İspaniya milli komandaları arasında, avqustun 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button