Tuxeldən “Çelsi”dən gedəcəyi deyilən futbolçu ilə bağlı açıqlama

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel hücumçu Timo Vernerin komandanı tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Tuxel, Vernerin gedişi ilə bağlı heç nə bilmədiyini deyib:

“Onun gedişi ilə bağlı heç nə bilmirəm, Timo mənə heç nə deməyib. Fikrimcə, o, “Çelsi”də qalmaq istəyir. Düşünürəm ki, onun sübut edəcəyi bir şey var”.

26 yaşlı hücumçu ötən mövsüm Premyer Liqanın 21 oyununda cəmi 4 qol vurub. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Vernerin bu yay “Çelsi”ni tərk edəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button