Ten Haqın “Mançester Yunayted” qarşısında şərtləri

“Ayaks”ın baş məşqçisi Erik ten Haq “Mançester Yunayted”ə keçməyə hazırdır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Premyer Liqa klubuna keçid üçün tələblərini açıqlayıb.

Ten Haq klubun transfer strategiyasında tam hüquqa malik olmaq istəyir. Şərtə futbolçuların alınması və satışı, həmçinin müqavilələrin yenidən imzalanması daxildir. Eyni zamanda, yeni transferlər onun ideyalarına tam uyğun olsalar, komandaya gələ bilərlər.

“Mançester Yunayted” mövsümün sonunda transferlərə böyük məbləğdə pul ayıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button