La Liqanın prezidentindən Vinisiusa dəstək

İspaniya La Liqasının prezidenti Xavyer Tebas, Braziliyada tənqid olunan Vinisius Juniora dəstək nümayiş etdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Braziliya ictimaiyyətinə müraciət edərək, futbolçulara qarşı səbirli olmağın vacibliyini vurğulayıb:

“Keçmişdə Lionel Messi də tənqid olunub, ancaq daha sonra dünya çempionatını qazanaraq bütün şübhələri aradan qaldırıb.

Messi Argentinaya dünya kubokunu gətirdi. Braziliyalılar səbirli olmalıdır, çünki Vinisius da onlara eyni sevinci yaşada bilər”.

Argentina millisi 2022-ci ilin dünya çempionatının finalında Fransa yığmasını məğlub edərək, mötəbər titula sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button