“Dinamo”nun baş məşqçisi püşkü dəyərləndirdi: “Planlarımız var”

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb və Gürcüstan “Dinamo”su Azərbaycanın “Neftçi” klubuna rəqib olub.

Komanda.az xəbər verir ki, Tbilisi təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

“Neftçi” Azərbaycan çempionudur və ciddi rəqibdir. İndiki vəziyyətdə mərhələni keçmək şanslarından danışmaq düz olmaz. Bizim işimiz oyunlara yaxşı hazırlaşmaqdır. Planlarımız var və Çempionlar Liqasında maksimum nəticə qazanmaq istəyirik”.

Kaxaber Tsxadadze Azərbaycanda 2008-ci ildə “Standard”ı, 2009-2015-ci illərdə isə “İnter”i (indiki “Keşlə”) çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button