“Problem oyunçularda deyil, “Mançester Yunayted”dədir”

Niderlandın tanınmış sabiq futbolçularından olan Rud Qullit “Mançester Yunayted”in hazırıkı durumu barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”dan ayrılan futbolçuların dərhal daha yaxşı oynamağa başladığını vurğulayıb:

“Son illərdə “Mançester Yunayted”dən ayrılan hər kəs daha yaxşı oynamağa başlayıb. “Napoli”də Skot Maktomineyə, “Aston Villa”da Reşforda (indi “Barselona”dadır) və ya “Betis”də Antoniyə baxın. Problem oyunçularda deyil, klubdadır. Bu, yüz faizdir”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının ilk iki turunda 1 xal qazanıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda ölkə çempionatında növbəti oyununu “Old Trafford”da “Bernli”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button