Tərlan Əhmədov – 200!

“Kəpəz” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”a uduzub (0:2).

Komanda.az xəbər verir ki, həmin qarşılaşma Gəncə təmsilçisinin çalışdırıcısı Tərlan Əhmədov üçün əlamətdar olub. O, Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

52 yaşlı mütəxəssis Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın “sükanı arxasında” debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni çalışdıran Əhmədov 2022/23 mövsümündə “Kəpəz”in baş məşqçisi təyin edilib.

Azərbaycan çempionatında 10-cu mövsümünü keçirən Tərlan Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Xatırladaq ki, Tərlan Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya məğlub olub (1:2).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button