Səfərdə 60-cı böyükhesablı qələbə

“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 29-cu turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.

Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button