Suqovuşanda “Prezident Kuboku 2026 ” beynəlxalq reqatası start götürüb

Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası başlayıb.

Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafədə mübarizə aparırlar.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button