Super Liqa klubunda yeni futbolçu

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu müdafiəçi Burak Bekaroğlunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Burak 2021-ci ildən formasını geyindiyi “Fatih Karagümrük”dən bir neçə gün öncə azad agent kimi ayrılmışdı. Hansı o, bu komandada 35 oyuna çıxıb. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında, həmçinin “Sakaryaspor” və “Boluspor”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button